Azərbaycan ilə Rusiya arasında turizm sahəsində əməkdaşlıq dinamik şəkildə genişlənir.
Trend-in Qarabağ bürosunun verdiyi məlumata görə, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bu barədə Zəngilanda keçirilən Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında turist axını 700 min nəfəri ötüb. Rusiya Federasiyasından Azərbaycana 500 mindən çox səfər, Azərbaycandan Rusiyaya isə təxminən 200 min səfər həyata keçirilib.
A.Overçuk bildirib ki, qarşılıqlı turizm axınının artması tərəflər arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.
O, həmçinin Xəzər dənizində kruiz turizminin inkişafı və MDB ölkələri üçün ortaq geoportalın yaradılmasının gələcəkdə investisiya və turizm imkanlarını daha da genişləndirəcəyini vurğulayıb.