“Lufthansa” yanacağa qənaət etmək üçün 20 min aviareysi ləğv edir

“Deutsche Lufthansa AG” İranda hərbi əməliyyatların başlamasından sonra bahalaşan aviasiya yanacağına qənaət etmək məqsədilə yay mövsümündə Avropada 20 min ziyanlı reysi ləğv edəcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

 

Hava reyslərinin ixtisarı Frankfurt və Münhen hava limanlarını əhatə edəcək və oktyabrın sonunadək qüvvədə olacaq. Eyni zamanda şirkət Sürix, Vyana və Brüsseldən, eləcə də bu şəhərlərə yeni reyslər açacaq.

Lufthansa artıq may ayının sonunadək Frankfurt şəhərindən Polşanın Bıdqoşç və Jeşuv şəhərlərinə, həmçinin Norveçin Stavanger şəhərinə 120 reysi ləğv edib. Digər dəyişikliklər aprelin sonunda açıqlanacaq.