Moskvanın “Vnukovo” aeroportunda uçuşlar dayandırılıb

Rusiyanın paytaxtı Moskvanın “Vnukovo” hava limanında hava gəmilərinin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti məlumat yayıb.

 

“Hava gəmilərinin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq olunub”,- deyə məlumatda qeyd edilir.

Bu qərarın mülki uçuşların təhlükəsizliyi məqsədilə qəbul olunduğu bildirilir.