Bakıdan çıxan qatar Gürcüstanın paytaxtına çatdı

Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb.

Trend xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

xxx

Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edib.

Trend xəbər verir ki, ilk qatar Bakı Dəmiryol Vağzalından 25 may saat 23:10-da yola salınıb.