İki gün ərzində bölgələrə 20 minə yaxın sərnişin daşınıb

İki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Bildirilib ki, sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 180 reys həyata keçirilib.

Sərnişinlərin 55%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.