Kayrat Sarıbay: Turizmin inkişafı davamlılıq prinsiplərinə əsaslanmalıdır

Hazırkı geosiyasi vəziyyət turizmin inkişafı üçün əlverişli deyil. Lakin beynəlxalq təşkilatlar və AQEM insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün daha çox iş görə bilər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay deyib.

O vurğulayıb ki, turizmin inkişafı davamlılıq prinsiplərinə əsaslanmalı, ətraf mühitə qarşı məsuliyyətli yanaşma qorunmalı və mədəni müxtəlifliyə açıq münasibət sərgilənməlidir.

O, Bakıda keçirilən konfransın vaxtında təşkil olunduğunu və aktual mövzulara həsr edildiyini qeyd edib: "Bu konfrans xalqlar, insanlar və müxtəlif mədəni mühitlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın daha da yaxşılaşmasına mühüm töhfə verir”.