Yay mövsümünün gəlişi isti xatirələri, yeni kəşfləri və səyahət ruhunu özü ilə gətirir. Bu dövrdə sərnişinlər həm dəniz istirahəti, həm şəhər turizmi, həm də qısamüddətli “getaway” səfərləri üçün müxtəlif istiqamətlərə üstünlük verirlər.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, aralıq dənizi kurortlarından Avropanın tarixi şəhərlərinə qədər uzanan marşrutlar yay aylarında ən çox seçilən səyahət variantları sırasında yer alır. Rahat uçuş imkanları, vizasız marşrutlar və fərqli istirahət təcrübələri isə səyahətçilərin seçimində əsas rol oynayır.
Yay mövsümündə artan səyahət marağını nəzərə alan “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin tələbatına uyğun olaraq bir sıra istiqamətlər üzrə reys proqramını genişləndirir. Xüsusilə yay aylarında yüksək tələbat müşahidə olunan dəniz və turistik marşrutlar üzrə uçuş tezliklərinin artırılması sərnişinlərə daha çevik və rahat səyahət planlaması imkanı yaradır.
Dəniz və resort istiqamətlərinə üstünlük verən səyahətçilər