Rusiyanın İvanovo hava limanında uçuşlara müvəqqəti məhdudiyyət tətbiq edilib.
AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb. Qeyd edilib ki, tətbiq olunan məhdudiyyət uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Rosaviasiya hava limanında məhdudiyyətin nə vaxt aradan qaldırılacağı ilə bağlı əlavə məlumat verməyib.