Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində Naftalana müalicə və istirahət üçün gələn turistlərin sayı ildən ilə artır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin altı ayı ərzində şəhərə müalicə və istirahət məqsədilə 22 minə yaxın turist səfər edib, onlardan 9 mini xarici ölkələrdən gələn turistlər olub.
Ötən dövrün statistik göstəricilərinə görə, 2025-ci il ərzində Naftalan şəhərinə 44 mindən çox turist səfər edib, bunlardan 18 mini dünyanın 53 ölkəsindən olan vətəndaşlardır.
Qeyd edək ki, həm müalicəvi neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.