Qətərdə Azərbaycanın turizm imkanları təqdim olunub

Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm sənayesinin yeddi üzvü, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyinin nümayəndəsi və Qətər turizm sektorunu təmsil edən üzvlər üçün işgüzar şam yeməyi təşkil edilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Qətər ilə Azərbaycan arasında mövcud turizm əlaqələrini genişləndirmək, turizm istiqaməti kimi Azərbaycan haqqında məlumatlılığı artırmaq, işgüzar turizmin təbliği və digər mövzularda əməkdaşlığı gücləndirməkdir.

Tədbir zamanı Azərbaycanın turizm imkanları haqqında təqdimat təşkil olunub.

Sonra yerli tərəfdaşlar tərəfindən təsadüfi seçim əsasında qonaqlara hədiyyələr və sertifikatlar təqdim edilib.