Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib

 

Problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.