Çinin turizm şirkətlərinin nümayəndələri Azərbaycana tanışlıq səfər edib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Çinin paytaxtı Pekindəki rəsmi nümayəndəlik ofisinin təşkilatçılığı ilə 7-11 sentyabrda bu ölkənin 17 turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub.

"Report" agentliyə istinadən xəbər verir ki, səfər zamanı iştirakçılar Bakı, Gəncə, Göygöl və Lənkəranın turizm imkanları ilə tanış olublar.

Onlara Azərbaycanın tarixi və mədəni irsi, sağlamlıq turizmi və ekoturizm məhsulları barədə məlumat verilib, müxtəlif yerləşmə vasitələri ilə tanışlıq həyata keçirilib.

Proqram çərçivəsində Çin turizm şirkətlərinin nümayəndələri ilə 70-ə yaxın yerli turizm şirkətinin iştirakı ilə B2B formatında işgüzar görüş keçirilib. Görüş zamanı yeni əməkdaşlıq istiqamətləri və mümkün işgüzar əlaqələr müzakirə olunub.