Cari ilin yanvar-sentyabr aylarında “Diri Baba” türbəsini 12 min 175 xarici turist bilet alaraq ziyarət edib. Həmin müddətdə ödənişsiz qaydada isə memarlıq abidəsinə 16 min 40 nəfər gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Diri Baba” türbə-kompleksinin rəhbəri Yusif Nazim Ərəbsoy məlumat verib.
O diqqətə çatdırıb ki, Azərbaycan ərazisində yerləşən sufi türbələri həm dini, həm də memarlıq baxımından yerli və xarici turistlərin böyük marağına səbəb olur.
Vurğulanıb ki, abidənin turizm məqsədləri üçün istifadə olunması buradakı mədəni irs dəyərinin daha yaxşı qorunmasına, bərpasına və regionda mədəni turizmin inkişafına mühüm töhfə verir.