Beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyahətçilərdən ibarət heyətin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfərdə 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə və Böyük Britaniyadan olmaqla, ümumilikdə 40-a yaxın səyahətçi iştirak edir.

Səfər proqramına Azərbaycanın qədim tarixini və mədəni irsini əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

 

Qeyd edək ki, bu, 2021-2026-cı illərdə dünyanın əsas səyahət klublarının Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil etdiyi 17-ci səfərdir.

Səfərlər çərçivəsində beynəlxalq səyahətçilər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı əldə edirlər.

Xəbər yenilənəcək