Cari ilin yanvar-sentyabr aylarında “Kiş” Tarix-Memarlıq Qoruğunu ümumilikdə 49 min 344 nəfər ziyarət edib.
Bunu AZƏRTAC-a açıqlamasındq “Kiş" Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnaz Rəsulova deyib.
O qeyd edib ki, ziyarətçilərdən 40 min 278-i bilet alaraq məbədi ziyarət edib. “Onların 21 min 615-i yerli, 18 min 663-ü isə xarici turistlər olub. Ödənişli ziyarətçilərin 53,66 faizini yerli, 46,34 faizini xarici turistlər təşkil edib. Bundan əlavə, hesabat dövründə 9 min 66 nəfər məbədi ödənişsiz ziyarət edib”,- deyə bələdçi əlavə edib.