“Çampi” qasırğası Tayvanda 1000-ə yaxın uçuşun ləğvinə səbəb olub

"Çampi" tayfunu Çinin Tayvan adasında həyatı iflic edib və yüzlərlə uçuşun ləğv olunmasına səbəb olub. Bölgənin nəqliyyat qurumu 262 yerli, 715 beynəlxalq uçuşun ləğv edildiyini bildirib.

AZƏRTAC xəbər verir ki, tayfunun yaratdığı fəsadlar nəticəsində bir nəfər ölüb, 171 nəfər xəsarət alıb.

Şimal-şərqə doğru hərəkət edən qasırğa Yaponiyanın Okinava adalarında minlərlə evin elektrik təchizatının dayanmasına səbəb olub. Meteoroloqlar hesab edir ki, tayfunun ən ağır mərhələsi hələ qarşıdadır. Proqnozlara əsasən, qarşıdakı günlərdə Çinin materik hissəsində və Yaponiyada şiddətli yağıntı gözlənilir.

Tayfunun Tayvan adasının şimal-şərqindən keçdikdən sonra Okinava yaxınlığında, daha sonra Çinin materik hissəsinin şərq sahilləri boyunca hərəkət edəcəyi, sonda isə Yaponiyanın əsas adalarına doğru istiqamət alacağı proqnozlaşdırılır.