Bakıda Zəfər Günü ilə bağlı növbəti yürüş keçirilir (FOTO/VİDEO)

Bu gün 8 Noyabr Zəfər günü ilə bağlı Bakının müxtəlif ərazilərində yürüş keçirilib.

Trend-in məlumatına görə, yürüş istiqamətlərindən biri də Musabəyov parkı ərazisindən başlayıb, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti və Parlament prospektindən keçməklə Şəhidlər Xiyabanına qədər davam edib.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur

.Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.