Öz şəhərini va teatrını bir günlük tərk edən gənc aktrisa, geriyə yalnız 27 ildən sonra dönmək aqibəti ilə üzləşir. Müharibə onun gəncliyini, oynaya biləcəyi rolları, ümidlərini, xoşbəxtliyini aldı. Lakin,evinin də yerlə yeksan olduğuna baxmayaraq, qocalmış aktrisa özünün birinci evi hesab etdiyi tək sütunları qalmış Ağdam Teatrının daşlarına toxunmaq və arzusunda olduğu rolunu oynamaq istəyir...