Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekun plenar iclasının ilk hissəsi keçirilib.
Trend xəbər verir ki, tədbirdə iqlim maliyyəsi üzrə razılaşma layihəsi müzakirə edilib.
Yekunda Paris Sazişinin 6-cı maddəsinin tam icra olunmasına nail olunub. Bu isə beynəlxalq karbon bazarları açılması deməkdir.