Hadisələrin mərkəzində saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik Dədə Qorqud dayanır. Filmin iki seriyalı çəkilişi əvvəlcədən planlaşdırılmayıbmış. Sadəcə olaraq çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması ona gətirib çıxarıb ki, “Dədə Qorqud” iki seriyalı film kimi qəbul olunub. Film “Kitabi-Dədə Qorqud” dastanı əsasında çəkilib. Filmdə əsasən dastanın iki qolundan istifadə edilib. Filmin çəkilişləri Bakı, Naxçıvan, Şamaxı, Pirqulu, Qobustan və studiyanın pavilyonunda aparılıb.