Dekorativ tətbiqi sənət ustası: Bu sənət duyğuların, düşüncələrin sənətidir - VİDEO

Dekorativ tətbiqi sənət özündə bədii sənətin müxtəlif növlərini birləşdirir. Bunlar arasında xalq sənət növlərindən bədii tikmə, bədii şüşə, xarici sənət növlərindən isə dekupaj, kvillinq, ebru kimi sənətlər var. AZƏRTAC-ın bölgə müxbiri Gəncədə fəaliyyət göstərən dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın emalatxanasına baş çəkib, onun əl işləri ilə yaxından tanış olub.