Hasar (2022) - qısametrajlı bədii film

Qarabağ müharibəsində oğlunu itirən Elçin qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə başlayır. Lakin düşmənin kor olan oğlunun itməsi Elçinin planlarını dəyişir. Filmin çəkilişləri Lerik rayonu ərazisində aparılıb. Filmin layihəsi Mədəniyyət nazirliyinin keçirdiyi “Böyük qayıdış” layihə müsabiqəsində qalib gələrək maliyyə dəstəyi qazanıb.

İstehsalçı: Ultra production

Texniki göstəricilər: 21:9

Janr: dram Mükafat: XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı – “Ən yaxşı bədii film” (2022, Bakı)

 Rejissor: Qulu Əsgərov

Ssenari müəllifi: Nicat Dadaşov

Operator: Vasif Vəlizadə

Rəssam: Ceyhun Cəfərquliyev

Rollarda: Vidadi Həsənov (Elçin), Leyli Vəliyeva, Əlibala Əsgərov, Güşvər Şərifova, Nurlan Süleymanlı, Amid QasımovProdüser