DÇ 2026-nın rəsmi topu təqdim olunub

Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) rəsmi sosial şəbəkə hesablarında 2026-cı ilin Futbol Üzrə Dünya Çempionatının rəsmi topunu ictimaiyyətə təqdim edib.

Trend bu barədə FİFA-ya istinadən xəbər verir.

Kanada, ABŞ və Meksikanın ev sahibliyi edəcəyi DÇ-nin rəsmi topunda üç ölkəni simvolizə edən rənglərdən - qırmızı, göy və yaşıl rənglərdən istifadə olunub. Topa "TRİONDA" adı verilib.