Tramp: İranla bağlı qərar mərhələsindəyəm
ABŞ Prezidenti Donald Tramp, “İranla bağlı qərar mərhələsindəyəm. Tək sual budur: Biz bu prosesi asan yolla yoxsa çətin yolla həll edəcəyik?” dedi.

 

ABŞ Prezidenti Donald Tramp, Ohayo ştatında keçirəcəyi mitinq üçün Ağ Evdən ayrılarkən jurnalistlərin suallarını cavablandırdı. İranla müharibə mövzusunda ABŞ-ın hansı vəziyyətdə olduğu sualına Tramp, “İranı rəsmi olaraq məhv etdik. İndi İranla bağlı qərar mərhələsindəyəm. Tək sual budur: Biz bu prosesi asan yolla yoxsa çətin yolla həll edəcəyik?” cavabını verdi.

Tramp, ABŞ-da yay-qış saatı tətbiqinin sona çatması lazım olduğunu deyərək, bu mövzuda tənzimləmə edən qanun layihəsinin Senat tərəfindən qəbul edilməsinə çağırış etdi. Tətbiqin ölkə iqtisadiyyatına böyük yük gətirdiyini və insanların həyat tərzlərini pozduğunu iddia edən Tramp, “İldə iki dəfə saatları irəli və geri alma kimi saçma bir tətbiqdən qurtulmaq istəyirik” ifadələrini işlətdi.