ABŞ Prezidenti Donald Tramp, 3 noyabrda keçiriləcək Konqres aralıq seçkilərinə qədər İrana hər hansı bir hücum etməyəcəklərini bildirdi.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda Tehranla məhsuldar danışıqlar apardıqlarını bildirdi. İranın həm iqtisadi, həm də hərbi baxımdan 'çox pis vəziyyətdə' olduğunu və Hörmüz Boğazından gündəlik milyonlarla barel neft keçdiyini qeyd edən Tramp, “3 noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərdən əvvəl heç vaxt İrana hücum etməyəcəyik” ifadələrini işlətdi.