İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO), Hürmüz Boğazından keçən 4 ticarət gəmisinin hücuma məruz qaldığını bildirdi.
İngiltərə Dəniz Ticarət Əməliyyatlarından (UKMTO) verilən açıqlamada, Hürmüz Boğazından keçən 4 ticarət gəmisinin daha hücuma məruz qaldığı bildirildi. Hürmüz Boğazından çıxış etməyə çalışan 3 tanker və boğazın giriş istiqamətində irəliləyən 1 konteyner gəmisinin naməlum sursatlarla vurulduğu qeyd edilən açıqlamada, bölgədəki gəmilərə diqqətli olma və şübhəli hər cür vəziyyəti UKMTO-ya bildirmə çağırışı edildi.