Tramp: Rusiya-Ukrayna enerji atəşkəs razılaşmasını hər iki tərəf pozur
ABŞ Prezidenti Donald Tramp, "Rusiya ilə Ukrayna arasında əldə olunan enerji atəşkəs razılaşmasını hər iki tərəf pozur, lakin razılaşma qüvvədədir" dedi.

 

ABŞ Prezidenti Donald Tramp, seçki mitinqi üçün Ohayoya hərəkətindən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırdı. Moskva ilə Kiyev arasındakı enerji atəşkəs razılaşmasının hələ də qüvvədə olub-olmadığı sualına Tramp, “Bəli, razılaşmanı qəbul etdilər. Niyə bilirsən? Çünki qəbul etdiklərini mən dedim. Artıq bu məsələnin həll olunması lazımdır" cavabını verdi.

 

İki liderin də razılaşmaya dəstək verdiyini deyən Tramp, Ukrayna Prezidenti Volodimir Zelenskinin, ‘Rusiyanın razılaşmanı pozduğu’ açıqlaması ilə bağlı, “Buna baxmalıyıq, çünki hər iki tərəfdən də pozuntular oldu. Məncə, Putin, Zelenskidən daha çox razılaşma etmək istəyir” ifadələrini işlətdi.

 

Tramp, son günlərdə Səudiyyə Ərəbistanına qarşı hücumlarını artıran Husilərlə bağlı suala isə “Husilər yanlış işlər görürlər həm də çox yanlış. Bu vəziyyət heç yaxşı deyil” deyə cavab verdi.