Cənubi Koreyanın İnçon şəhərində bıçaqlı hücumda 8 nəfər yaralanıb.
Cənubi Koreyanın qərbində yerləşən liman şəhəri İnçondakı ticarət kompleksində yerli vaxtla saat 13:50 radələrində bıçaqlı hücum baş verib. Şahidlərin ifadələrinə görə, 60 yaşlarında olduğu təxmin edilən kişi şübhəli, hər iki əlinə bağladığı bıçaqlarla binanın zirzəmisindən ikinci mərtəbəsinə qədər eskalatorlarla irəliləyərək ətrafdakı insanları hədəf alıb. Hücumda 8 nəfər yaralanıb. Hücumçunun ətrafdakı insanların müdaxiləsi ilə zərərsizləşdirildiyi bildirilib.
Hücum nəticəsində yaralanan 8 nəfərdən 1-nin ürəyinin dayandığı, 7 nəfərin isə ətrafdakı xəstəxanalara aparıldığı bildirilib. Bildirilib ki, hadisə yerinə gələn polis qrupları şübhəlini saxlayıb və hücumla bağlı araşdırma başladılıb.