Tramp: Ukrayna ilə kəşfiyyat paylaşımını dayandırmadıq
ABŞ Prezidenti Donald Tramp, Rusiya ilə Ukrayna arasındakı enerji atəşkəsinin hər iki ölkə tərəfindən pozulduğunu bildirərək, “Kiyevlə kəşfiyyat paylaşımına davam edirik” dedi.

ABŞ Prezidenti Donald Tramp Alyaskada iştirak edəcəyi seçki tədbirləri üçün Ağ Evdən ayrılarkən mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Tramp, Rusiya ilə Ukrayna arasındakı enerji atəşkəsinin hər iki ölkə tərəfindən pozulduğunu, yalnız bir ölkənin atəşkəsi pozan tərəf kimi görülməsinin doğru olmadığını söylədi.

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenskiydən daha çox anlaşma etmək istədiyini iddia edən Tramp, “Bu mövzuda instinktlərimə güvənirəm” ifadəsini işlətdi.

“Ukraynaya kəşfiyyat paylaşımını dayandırdınızmı?” sualına Tramp, “Onlara hələ də kömək edirik və kəşfiyyat paylaşırıq. Ancaq müharibənin sona çatmasını istəyirik” cavabını verdi.

PREZİDENT ƏRDOĞANA BÖYÜK HÖRMƏT EDİRƏM

ABŞ Prezidenti Tramp, Türkiyənin Yəməndəki rolu ilə bağlı sualı isə Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə edə biləcəyini vurğulayaraq, “Prezident Ərdoğan mənim yaxın dostumdur və ona böyük hörmət edirəm” deyə cavabladı.