İran: Hörmüz Boğazında mina ilə toqquşan konteyner gəmisi batdı
İran İnqilab Keşikçiləri Korpusu, Hörmüz Boğazında icazə verilməyən və təhlükəli bir marşrutdan keçməyə çalışan konteyner gəmisinin mina ilə toqquşması nəticəsində batdığını bildirdi.

İran İnqilab Keşikçiləri Korpusu, Hörmüz Boğazında icazə verilməyən və təhlükəli bir marşrutdan keçməyə çalışan konteyner gəmisinin mina ilə toqquşduğunu və gəmidə yanğın çıxdığını elan etdi. 2 min 500-dən çox konteyner daşıyan gəminin səhər saatlarında batdığı qeyd olunan açıqlamada, dənizə düşən konteynerlər səbəbindən digər gəmilərə xəbərdarlıq edildi.