ABŞ-lı milyarder Elon Musk, “Ukraynanın istifadə etdiyi Starlink hərbi peyk sistemini, ABŞ idarə edir” dedi.
Amerikalı milyarder iş adamı Elon Musk sosial media hesabından etdiyi paylaşımda, Ukrayna rəhbərliyinin, Starlink peyk sisteminin hərbi versiyası olan Starshield sistemlərinin yavaşladığını açıqlaması üzərinə, sözügedən sistemlərin ABŞ hökumətinin nəzarətində olduğunu bildirdi. Starlink-in xidmətlərinin 'ticarət xidməti' olduğunu qeyd edən Musk, "Starlink-in istifadəsi mülki və ya müdafiə məqsədli fəaliyyətlərlə məhdudlaşdırılmış olub, hücum xarakterli hərbi əməliyyatlarda istifadə edilə bilməz. Belə bir istifadə, ticarət şirkəti üçün uyğun olmaz" ifadələrini işlətdi.