Tramp: İranla müharibə tezliklə bitəcək və neft qiymətləri düşəcək
ABŞ Prezidenti Donald Tramp, İranla müharibənin çox tezliklə sona çatacağını bildirərək, “Neft qiymətləri düşəcək” dedi.

ABŞ Prezidenti Donald Tramp Montana ştatında keçirilən mitinqdə İranla bağlı açıqlama verdi. İranın dəniz və hava qüvvələrinin qalmadığını, ordusunun böyük hissəsinin məhv edildiyini iddia edən Tramp, “İranla müharibə çox tezliklə bitəcək. İran heç vaxt nüvə silahına sahib olmayacaq və neft qiymətləri də düşəcək” ifadələrini işlətdi.