İndoneziyanın Cənub Tangerang bölgəsində bir bazarda baş verən partlayışda 2 nəfər həyatını itirdi, 11 nəfər yaralandı.
İndoneziyanın paytaxtı Cakartanın Cənub Tangerang bölgəsində bir bazarda partlayış baş verdiyi bildirildi. Rəsmilər, partlayışda 2 nəfərin həyatını itirdiyini, 11 nəfərin də yaralandığını açıqladı. Ətrafdakı binaların zərər gördüyünü qeyd edən polis, hadisə ilə bağlı araşdırma başladıb.