Putin: Ukraynanın neftayırma zavodlarına hücumlarında ciddi zərər olmayıb
Rusiya Prezidenti Vladimir Putin, “Ukraynanın ölkədəki neftayırma zavodlarına son hücumlarında ciddi bir zərər meydana gəlmədi” dedi.

 

Rusiya Prezidenti Vladimir Putin Rusiyada keçirilən 'Delovaya Rossiya' adlı iş dünyası forumuna video konfrans vasitəsilə qatılaraq açıqlama verdi. Ukraynanın Rusiyadakı neftayırma zavodlarına hücumlarını davam etdirdiyini deyən Putin, “Bəzi zavodlara hücum etməyə çalışdılar. Bəzi yerləri vurdular, lakin ciddi zərər yoxdur, hücumlar davam edir. İlk addımı onlar atdılar, biz cavab verməyə başladıq. İndi enerji obyektləri və məlumat mərkəzləri də daxil olmaqla digər obyektlərdən şikayət edirlər. Başlamamalı idilər. Bu addımı atmadan əvvəl nəticələrini yaxşı düşünməli idilər,” ifadələrini işlətdi.