Rusiyanın Kamçatka Yarımadası bölgəsində 6.9 bal gücündə zəlzələ baş verib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC), mərkəzi Rusiyanın Kamçatka Yarımadası olan 6.9 bal gücündə zəlzələ baş verdiyini açıqladı. 130 kilometr dərinlikdə qeydə alınan təkanlarda sunami riskinin olmadığı bildirildi. Zəlzələdə insan və ya əmlak itkisi olub-olmadığı barədə hələ məlumat verilməyib.