Kanadanın Alberta əyalətindəki Veynrayt Hərbi Bazasındakı yanğında 4 əsgərin həyatını itirdiyi bildirildi.
Kanadanın Müdafiə Naziri David McGuinty dünən keçirdiyi mətbuat konfransında Veynrayt Bazasındakı yanğında ölənlərin və yaralananların olduğunu bildirdi.
Kanadanın Baş naziri Mark Carney isə sosial media hesabında hərbi bazada böyük bir yanğın baş verdiyini açıqladı. Carney günün irəliləyən saatlarında paytaxt Ottavada mətbuat konfransı keçirdi. Yanğında 4 əsgərin həyatını itirdiyini deyən Carney, çox sayda əsgərin ağır yaralandığını qeyd etdi. Carney açıqlamasında federal binalarda bayraqların yarıya endirilməsi təlimatını verdiyini də bildirdi.