Belçikadakı etirazlarda saxlanılanların sayı 195-ə yüksəldi
Belçikanın Brüssel və Liege şəhərlərində dünən keçirilən etirazlarda 195 nəfərin saxlanıldığı bildirildi.

Liege polisi şəhərdə dünən keçirilən etirazlarla bağlı yazılı açıqlamasında 12-si yetkinlik yaşına çatmayan 45 nəfərin saxlanıldığını bildirdi. Brüssel polisi isə dünənki hadisələr zamanı 15-i yetkinlik yaşına çatmayan 150 nəfərin saxlanıldığını qeyd etdi. Beləliklə, ölkədəki etirazlarda saxlanılanların sayı 195 oldu.