ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi Orta Şərqdəki Amerika vətəndaşlarını diqqətli olmağa çağırıb.
ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyinin internet saytında yayımlanan bildirişdə, münaqişələrin mövcud bölgənin hüdudlarından kənara sürətlə yayılma potensialına malik olduğu qeyd edilərək, mümkün uçuş ləğvlərinə, hava məkanlarının bağlanmasına və səyahətlərdə yaşana biləcək çətinliklərə qarşı hazırlıqlı olunması istənildi. Açıqlamada, İran dəstəkli Husilərin Səudiyyə Ərəbistanındakı mülki hava limanlarına və digər kritik infrastruktur obyektlərinə yönəlik hücumlarının mülki itkilərə və səyahətlərdə ciddi çətinliklərə səbəb olduğu bildirildi.
Vətəndaşlardan nümayişlər və kütləvi toplantılardan uzaq durmaları, yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etmələri və ABŞ ilə əlaqəsi bilinən yerlərdə diqqətli olmaları istənilən açıqlamada, "İran və İranı dəstəkləyən qruplar, ABŞ şirkətləri və digər təşkilatlar daxil olmaqla, dünyanın hər hansı bir yerində ABŞ və amerikalılarla əlaqəli yerləri hədəf ala bilər" ifadələrinə yer verildi.