İsraildən Avstriyaya gedən təyyarədə bomba həyəcanı: Bolqarıstana təcili eniş etdi
İsrailin Tel-Əviv şəhərindən Avstriyanın paytaxtı Vyanaya gedən sərnişin təyyarəsi, bomba həyəcanı üzərinə Bolqarıstanın paytaxtı Sofiyaya təcili eniş etdi.
Checkout
#059077

Austrian Airlines-a məxsus Airbus A320 tipli sərnişin təyyarəsi bazar günü axşam Tel-Əvivdəki Ben Qurion Hava Limanından Vyanaya getmək üçün havaya qalxdı. Rumıniya-Bolqarıstan sərhədi yaxınlığında təyyarədə bomba həyəcanı verilməsi üzərinə pilotlar təcili vəziyyət elan edərək marşrutu Bolqarıstana çevirdi. Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsinin müşayiət etdiyi sərnişin təyyarəsi yerli vaxtla saat 19.40 radələrində Sofiya Hava Limanına təhlükəsiz şəkildə eniş etdi.
Təyyarədə olan 51 sərnişin və 6 ekipaj üzvü təxliyə edilərək təyyarə təhlükəsiz bir əraziyə çəkildi. Təhlükəsizlik qrupları və mütəxəssislər tərəfindən təyyarədə, sərnişinlərdə və baqajlarda aparılan axtarışlarda hər hansı təhlükəli elementə rast gəlinmədiyi açıqlandı. Austrian Airlines tərəfindən edilən açıqlamada, axtarışların tamamlanmasının ardından təyyarənin bütün sərnişinləri ilə birlikdə Sofiyadan havaya qalxaraq Vyana səfərini tamamladığı bildirildi.