İsrail Baş naziri Binyamin Netanyahu, ABŞ Prezidenti Donald Trump ilə telefon danışığında, "Bitirməli olduğumuz bir iş var" dedi.
İsrail Baş naziri Binyamin Netanyahu, sosial media hesabından ABŞ Prezidenti Donald Trump ilə telefon danışığının videosunu yayımladı. Netanyahu, İsraildə 27 oktyabrda keçiriləcək seçkilərdə ona dəstək verdiyi üçün Trump-a təşəkkür edərək, “Donald, bitirməli olduğumuz bir iş var. Bunu siz də dediniz və bunu birlikdə bitirəcəyik. Bunu başqa kimsə etməyəcək” ifadələrini işlətdi.
Netanyahu-ya seçkilərdə dəstəyini açıqladığı mətni şəxsən özünün qələmə aldığını qeyd edən Trump isə “Sən bir döyüşçüsən. Öz ölkən və yəqin ki, digər bəzi ölkələr tərəfindən haqsızlığa uğradın. Ehtimal edirəm ki, böyük bir qələbə qazanacaqsan. Yanımda görmək istədiyim adam sənsən, Bibi” deyə danışdı.