Kolumbiyada mədəndə çökmə: 14 ölü, 7 yaralı
Kolumbiyada qanunsuz qızıl çıxarılan mədəndə baş verən çökmədə 14 nəfər həyatını itirdi, 7 nəfər yaralandı.

Kolumbiyanın Narino idarəetmə bölgəsinə bağlı, El Chambero və Bellavista yaşayış məntəqələri arasındakı mədəndə çökmə baş verdiyi bildirildi. Rəsmilər, mədəndə qanunsuz qızıl çıxarıldığını bildirərək, 14 nəfərin həyatını itirdiyini, 7 nəfərin yaralandığını açıqladı.

Narino valisi Luis Alfonso Escobar, verdiyi açıqlamada, həyatını itirənlərin ailələri ilə həmrəylik içində olduqlarını qeyd edərək, "Prioritetimiz həyatı qorumaq, ailələrimizin yanında olmaq və bu acı təcili vəziyyət qarşısında vaxtında müdaxilə təmin etməkdir" ifadələrini işlətdi.