Tramp administrasiyası 300 mindən çox vizanı ləğv etdi
ABŞ-da Prezident Donald Tramp administrasiyasının vəzifəyə gəldiyi gündən bəri 300 mindən çox vizanı ləğv etdiyi açıqlandı.

 

ABŞ Dövlət Departamentinin Konsulluq İşləri üzrə Müavin Naziri Mora Namdar sosial media hesabında paylaşım edərək, Ağ Evin sosial media hesabındakı ‘Tramp administrasiyası tarixdəki hər hansı bir administrasiyadan daha sürətli bir tempdə və daha çox viza ləğv etdi. Vizaya sahib əcnəbi vətəndaşların qanunları pozması və ya milli təhlükəsizliyi təhdid etməsi halında, buna qətiyyən sıfır tolerantlıq göstərilir’ mesajını paylaşdı. Namdar bu mesajla “300 mindən çox viza ləğv edildi və bu rəqəm artmağa davam edir. Viza sahibləri Amerika qanunlarına hörmət etməlidirlər, əks halda ABŞ-a səyahət etmək imtiyazını itirəcəklər” ifadələrini də istifadə etdi.