İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Möhsün Rızai, “Zənginləşdirilmiş uranın tək bir qramı belə İrandan çıxarılmayacaq” dedi.
İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Möhsün Rızai, sosial media hesabından ölkəsi və ABŞ arasında davam edən gərginliklə bağlı açıqlama verdi. İranın əlindəki zənginləşdirilmiş uranla bağlı müzakirələrə toxunan Rızai, “Zənginləşdirilmiş uranın tək bir qramı belə İrandan çıxarılmayacaq. Vaşinqton rəhbərliyi ilə aparılacaq danışıqlar etimadın təsis edilməsinə bağlıdır. ABŞ etimad təsis edəcək addımlar atana qədər heç bir danışıqlar aparılmayacaq. Danışıqlar, İranın bütün şərtlərinin tam yerinə yetirilməsi ilə başlayacaq” ifadələrini işlətdi.