Rusiya: ABŞ-a dizel daşıyan ilk tanker sabah yola düşəcək
Rusiya Baş nazirinin müavini Aleksandr Novak, ABŞ-a dizel daşıyacaq ilk tankerin sabah limandan hərəkət edəcəyini bildirdi.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburqda jurnalistlərə açıqlamasında Rusiya ilə ABŞ arasında dizel tədarükünə dair müqavilələrin imzalanması prosesinin son mərhələyə çatdığını bildirdi. İlk tankerin sabah limandan ABŞ-a doğru yola düşməsinin planlaşdırıldığını qeyd edən Novak, "Tədarük gələcəkdə də davam edəcək. İki lider arasında əldə olunan razılaşmalar çərçivəsində ABŞ-ın dizel ehtiyacını imkanlarımız daxilində qarşılayacağıq" ifadələrini işlətdi.

Novak, Rusiyanın dizel ixracını ilin sonuna qədər yenidən əvvəlki səviyyəsinə qaldıra biləcəyini vurğulayaraq, "İxrac neft emalı zavodlarının istehsal gücünə bağlı olaraq mərhələli şəkildə artırılacaq. İxracın ilin sonuna qədər tam bərpa olunması halında digər ölkələrə də əvvəlki miqdarlarda dizel tədarükü həyata keçirilə biləcək" dedi.