ABŞ Prezidenti Donald Tramp, “Rusiya ilə Ukrayna Müharibəsində həllə daha əvvəl heç olmadığı qədər yaxınıq” dedi.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi dəyirmi masa toplantısında mətbuat nümayəndələrinə gündəmə dair açıqlama verdi. Rusiya-Ukrayna Müharibəsinin sona çatması üçün işləməyə davam etdiklərini bildirən Tramp, Moskva ilə təmasların intensivləşdiyini və nəticəyə yaxın olduqlarını bildirdi. Tramp, “Bəlkə də indi həllə heç vaxt olmadığı qədər yaxınıq” dedi.
Tramp, Rusiya və Çinin İranla müharibə prosesinə daxil olmamalarından məmnun olduğunu bildirərək, "Rusiya potensialı olmasına baxmayaraq prosesə qarışmadı" ifadəsini işlətdi.
Rusiyada həbsdə olan amerikalı müəllim Stiven Hubbardın azad edilməsi ilə bağlı da danışan Tramp, “Onun azad edilməsi qarşılığında Rusiyaya heç nə vermədik” açıqlamasını etdi.