Fransadakı etirazlarda 174 nəfər həbs olundu
Fransa Ədliyyə Naziri Gerald Darmanin ölkədəki etirazlarda talan hadisələrinə qarışan 174 nəfərin həbs olunduğunu bildirdi.

 

Fransa Ədliyyə Naziri Gerald Darmanin Marselə etdiyi səfərdə mətbuat nümayəndələrinə açıqlama verdi. Darmanin, sarı jiletlilərin etirazları çərçivəsində saxlanılan təxminən 2 min 500 nəfərdən 917-nin məhkəməyə göndərildiyini bildirdi. 174 nəfərin həbs olunduğunu deyən Darmanin, “Bu son dərəcə əhəmiyyətli bir rəqəmdir. Bunlar xüsusilə məhkumluğu olmayan şəxslərdən ibarətdir. Təhlükəsizlik kamerası və sosial mediada olan görüntülər gələcək saatlarda başqa şəxslərin saxlanılmasını təmin edəcək” ifadələrini işlətdi.