Tramp: Meksika miqrant axınını dayandırmasa, gömrük rüsumları iki dəfə artacaq
ABŞ Prezidenti Donald Tramp, "ABŞ-a doğru yola çıxan miqrant qruplarını dayandırmaması halında Meksikaya tətbiq olunan gömrük rüsumları iki dəfə artacaq" dedi.

ABŞ Prezidenti Donald Tramp, sosial media hesabından Mərkəzi və Cənubi Amerika ölkələrindən ABŞ sərhədinə doğru yola çıxan miqrant qrupları ilə bağlı paylaşım etdi. 3 noyabrda keçirilən aralıq seçkilərdə Respublikaçıların həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu itirməsinə toxunan Tramp, "Yenə başlayırıq! Respublikaçıların aralıq seçkilərdə məğlub olduğu algısı ilə - mən namizəd siyahısında yox idim - ölkəmizə yönəlik işğal yenidən başlayır" ifadələrini işlətdi.

Tramp, 'karvan' olaraq adlandırılan böyük miqrant qruplarının ABŞ-Meksika sərhədinə doğru axın etdiyini və bu qruplar içində digər ölkələrin qəbul etmək istəmədiyi şəxslərin olduğunu bildirərək, "Bu şəxslər ABŞ-a qəbul edilməyəcək. Meksika onları indi dayandırmalıdır, əks halda Meksikaya yönəlik gömrük rüsumları dərhal iki dəfə artacaq. Texas valisi, Texas'ın çox liberal yeni valisi, möhtəşəm sərhəd patrulumuz və Miqrasiya və Gömrük Mühafizə İdarəsinə bu barədə məlumat verilib. Heç bir dözümlülük göstərilməyəcək" açıqlamasında bulundu.