Azərbaycanda Ramazan bayramı namazı qılınıb

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda məscidlərdə bayram namazı qılınıb.

Trend xəbər verir ki, bu gün Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınıb.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 30-u və 31-i ölkədə Ramazan bayramı kimi qeyd edilir.

xxx

 

08:30

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda məscidlərdə bayram namazı qılınır.

Trend xəbər verir ki, bu gün Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 30-u və 31-i ölkədə Ramazan bayramı kimi qeyd edilir.