Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Azərbaycanın kamandan oxatma üzrə milli komandası İraqın Süleymaniyə şəhərində keçirilən Asiya Kubokunda uğura imza atıb.

Kamandan Oxatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Lalə Əbdürrəhmanova, Fatimə Hüseynli və Yaylagül Ramazanovadan ibarət qadın komandası finalda Qazaxıstan yığmasını 5:4 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Qarışıq komanda isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, turnirdə 19 ölkənin iştirak edir.