Lökbatanda dünyanın ən aktiv palçıq vulkanı püskürüb

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, palçıq vulkanının püskürmə dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.

Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.